Tuesday, 27 December 2016

Diktatorların aqibəti.. (1) Zeynalabdin ben Əli

Diktatorların aqibəti.. (1)

21ci əsrin ilk onilliyi ərəb ölkələrində diktatorların sonunun gəlməsi ilə yadda qalan oldu.
Ölkələrini illərlə hakimiyyətləri altında saxlayan tiranların devrilməsi heç də uzun müddət çəkmədi. Əhalini polis və hərbi güc ilə özünə tabe etdirən diktatorların qısa avtobioqrafiyasına diqqət etsək onları birləşdirən bir çox ortaq cəhət olduğunu görürük: hərbi sistemdən vəzifəyə gəlmələri..  uzun müddət hakimiyyətdə olmaları (ən az olanı 23 il).. ailə üzvlərinin lüks həyat tərzi.. ölkədəki bütün gəlirli sahələrdə inhisarçılıq.. seçkilərdə saxtakarlıq.. müxalifətə qarşı dözümsüzlük.. söz və mətbuat azadlığına qarşı olmaları.. və s. əslində burda ortaq cəhətləri artırmaq olar.. amma mən diktatolar haqda qısa məlumat vermək istəyirəm..

Zeynalabdin ben Əli 
Təvəllüdü:    3 sentyabr 1936 (80 yaş)
Hakimiyyəti: 7 noyabr 1987 — 14 yanvar 2011
1987ci il 1 oktyabrda Tunis daxili İşlər naziri vəzifəsinə təyin olunur.. 5 həftə sonra Həbib Burcibanı hakimiyyətdən uzaqlaşdırmış və Tunisin 2ci prezidenti olmuşdur. Ölkədəki bütün gəlirli sahələr ben Əli ailəsi və onlara yaxın vəzifədəki şəxslərin əlində cəmləşmişdi. Parçalanmış və zəif müxalifətin olmasından məmnun olan ben Əli çıxışlarının birində bu vəziyyəti belə izah edirdi "Partiyaların güclü və çox olması ölkəni zəiflədir, vaxt və enerji itkisidir.. düşmənçiliyə yol açır". (Murphy, 1999:190) 
Ərəb Baharına qədər Tunisdə keçirilən seçkilər azad və ədalətli adlandırılsada bir xüsusa diqqət etmək lazımdır 1989, 1994, 1999, 2004 və 2009- cu illərdə keçirilən bütün seçkilərdə ben Əlinin partiyası böyük fərqlə "qələbə" qazanmışdır..
Həyat yoldaşı Leyla Trabelsinin nüfuzundan şəxsi sərvətin artırmaq istiqamətində istifadə etməsi.. lüks həyat tərzi ilə əhali arasında ona qarşı nifrətə səbəb olmuşdu.. (qeyd edək ki Leyla Trabelsi Fransadan xüsusi aşbazlar gətirmişdi).. ben Əli özündən sonra yerinə oğlunu hakimiyyətə gətirmək istəyirdi..

17 dekabr 2010-cu ildə Məhəmməd Buazzizinin haqsızlıq və məmur özbaşınalığına etiraz olaraq özünü yandırması ilə ben Əli iqtidarıa qarşı etirazlar başladı..Hadisələrin geniş ərazidə yayılması və xalq hərəkatı halını alması ilə 23 ildir ölkəni təkbaşına idarə edən diktator 14 yanvar 2011-ci ildə.. etiraz dalğasının 28-ci günündə ölkədən qaçdı. Ölkədən qaçarkən ben Əlinin yoldaşı 1.5 ton ağırlığında qızılı yanına aldığı da iddia edilir.. 
Ben Əli öncə Maltaya ordanda Fransaya getmək istəyirdi, ancaq Sarkozi qəbul etmədiyindən Səudiyyə Ərəbistanına qaçdı.. və beləliklə Tunisdə xalq qalib gəldi..

No comments:

Post a Comment

Öne Çıkan Yayın

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ Yaxın Şərq və Şimali Afrika ölkələrinin tarixində xüsusi yer tutan Ərəb Baharının nəticələrinin araşdırılması...