Monday, 26 December 2016

Birləşmiş Krallığın xarici siyasətinin əsas prioritetləri

Birləşmiş Krallığın xarici siyasətinin əsas prioritetləri aşağıdakılardır:
* ölkənin təhlükəsizliyinin təmin edilməsi;
* Birləşmiş Krallığın enerji daşıyıcıları ilə təmin edilməsinin təhlükəsizliyi və
fasiləsizliyinin təmin edilməsi, ölkənin iqtisadi maraqlarının qorunması;
* dünyada demokratiyanın, qanunun aliliyi prinsipinin yayılması və
möhkəmləndirilməsi, insan hüquqlarının təmin edilməsi üzərində nəzarət;
* yeni münaqişələrin yaranmasının qarşısının alınması, hazırda mövcud olan
münaqişələrin nizamlanmasında iştirak etmək;
* ümumdünya siyasi sisteminin sabitliyinin saxlanılması;
* beynəlxalq terrorizmlə mübarizə;
* ölkə ərazisində terror aktlarının törədilməsinin qarşısının alınması;
* kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması;
* Birləşmiş Krallığın qeyri-qanuni miqrasiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi,
insan alveri və digər beynəlxalq cinayətlərdən qorunmasının təmin edilməsi;
həmçinin qlobal miqyasda beynəlxalq cinayətkarlığın səviyyəsinin aşağı salınması;
* NATO, Avropa İttifaqı, BMT, G8 çərçivəsində (Böyük səkkizlik) fəal siyasət
aparılması;
* Birləşmiş Krallığın dünya siyasəti məsələlərinə və qlobal problemlərin həllinə
maksimum təsir göstərmək istiqamətində effektiv çoxtərəfli əməkdaşlıq sistemini
dəstəkləməsi;
* BMT Təhlükəsizlik Şurasının islahatlarının dəstəklənməsi;
* Rusiya, Çin, Yaponiya, Hindistan ilə daha sıx əməkdaşlıq münasibətlərinin
qurulması;
* İslam dövlətləri ilə “konstruktiv qarşılıqlı əlaqələr”in qurulması;
* müsəlman dövlətlərində siyasi və sosial islahatların dəstəklənməsi;
* ABŞ və Avropa İttifaqı ölkələri ilə sıx əlaqələrin qurulması;
* Birləşmiş Krallıq üçün beynəlxalq terrorizm təhlükəsinin azaldılması;
* Əfqanıstan və İraqın bərpa olunması prosesində iştirak etməyə davam etmək, Əfqanıstanda opium istehsalının əhəmiyyətli dərəcədə azaldılması və yaxın 10 il
ərzində tamamilə aradan qaldırılması;
* beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqələr vasitəsilə Cənubi Asiya, Yaxın Şərq, Balkanlar və digər regionlarda gərginliyin səviyyəsinin azaldılması;
* İran və Şimali Koreyanın nüvə silahı əldə etməsinin qarşısının alınması;
* Birləşmiş Krallığın NATO-nun müasirləşdirilməsi və Avropa İttifaqının müdafiə
imkanlarının təkmilləşdirilməsi yolu ilə Avropada təhlükəsizliyin
möhkəmləndirilməsi;
* ətraf mühitlə bağlı səmərəli siyasətin təmin edilməsi.

Təhlükəsizlik və müdafiə siyasətinin əsas prioritetləri:
* NATO-da fəal iştirak;
* terrorizmi dəstəkləyən ölkələrə nüvə, bakterioloji silah əldə etməyə imkan
verilməməsi;
* kütləvi qırğın silahlarının yayılmasına imkan verilməməsi;
* Birləşmiş Krallığın silahlı qüvvələrinin bu və ya digər böhran zonalarında
yerləşdirilməsi

PS.. Ingilislərin xarici siyasəti ölkənin maraqlarını təmin etməsi üçün yuxarıda göstərdiyim prioritetlərin heç birinə əməl etməyə də bilər.. yəni hədəfə gedən yolda hər şeyi etmək olar düsturu ilə..

No comments:

Post a Comment

Öne Çıkan Yayın

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ Yaxın Şərq və Şimali Afrika ölkələrinin tarixində xüsusi yer tutan Ərəb Baharının nəticələrinin araşdırılması...